Yazını böyüt
Yazını kiçilt
Türkiyənin tanınmış müğənnisi Muazzez Abacı dünyasını dəyişib.
Hafta.az xəbər verir ki, 78 yaşlı müğənni bu gün müalicə aldığı xəstəxanada vəfat edib.
Sənətçi keçən həftə ABŞ-da infarkt keçirmişdi. Bundan başqa, bir neçə gün əvvəl xəstəxanada olarkən böyrəklərində də problemlər yaranmışdı.
Qeyd edək ki, Muazzez Abacının bu gün 78 yaşı tamam olmuşdu.